Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təcili Təhlükəsizlik Şurasını topladı

img

25-06-2018 [16:39]


Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

O, aprel hadisələrindən sonra Təhlükəsizlik Şurasının ilk dəfə keçirildiyini deyib. Paşinyan yeni Konstitusiyaya keçidlə bağlı 155-ci maddənin 2-ci bəndinə əsasən, ölkənin təhlükəsizlik sahəsindəki siyasətinin məhz Şura tərəfindən icra olunacağını deyib.

"Bugünki iclas həmin məsələlərin müzakirəsi üçün keçirilir".

İclasda Ermənistan Ordusundakı vəziyyət, hərbi texnika və yeni silahlanma proqramları, təmas xəttində qaravul xidmətinin keyfiyyətli təşkili və s. müzakirə olunub. Ehtimal olunur ki, Paşinyanın iclası çağırmasının əsas səbəbi iyunun 26-da Bakida Azərbaycan ordusunun keçiriəcəyi parad olub.

Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR