İcra başçısı əsgərlərlə bir arada - Fotolar

img

25-06-2018 [14:39]


Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində olmuş, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, əsgərimizlə söhbətlər aparmış, sonra bayram günü münasibəti ilə böyük tədbir keçirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın Başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və 26 İyun- Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq qeyd etmişdir ki, 100 il əvvəl müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.

Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın gələcək müstəqilliyi üçün zəmin yaratdı.
1991- ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini elan edən xalqımız Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, şəristəsizliyi az qala bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Ulu Öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz qorundu, ölkəmizi gözləyən bütün təhlükələr dəf edildi, Azərbaycanın müstəqilliyinin möhkəm təməli qoyuldu.
Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin olkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir.
İyunun 26-da yaranmasının 100 illiyi tamam olan Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur. Son illər Azərbaycan Silahlı Qüvvələri hərbi potensialını artırıb, ən müasir silah-sursat, texnika ilə təmin olunub.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi – psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücüm əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri və rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim edilmiş, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü ərəfəsində tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Bayram tədbiri zamanı gənc əsgərlərin iştirakı ilə nümunəvi çıxışlar və flaşmoblar tamaşaçılara təqdim olunmuşdur. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Konsertdə iştirak edən 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvləri əsgərlərimizlə birlikdə rəqslər etmişlər.
Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.







Digər xəbərlər
SON XƏBƏRLƏR