"Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz" - Rusiya Dumasının sədri

img

25-06-2018 [12:40]


 "Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə Bakıda keçirilən görüşdə deyib.

V.Volodin Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb: "Rusiyanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bilirsiniz... Münasibətlərin kəskinləşməsini istəyənlər, xalqların sülh şəraitində yaşamaqla bağlı sözlərini və arzularını eşitməyənlər, əlbəttə, gərginlik istəyirlər. Bunun qarşısını almaq üçün hər şeyi etməliyik. Azərbaycan həmişə (Dağlıq Qarabağ məsələsi ilə bağlı - red.) düzgün və konstruktiv mövqe tutub".

Digər xəbərlər
SON XƏBƏRLƏR