Şriftin ölçüsü / 381 dəfə oxunub

ATV-nin aparıcıları arasında qalmaqal

25 Iyun 2018 [12:18]

ATV-nin iki məşhur aparıcısı- Aytən Səfərova və İlhamə Bədəlova arasında qalmaqal yaşanıb. Aytən ötən gün instaqram səhifəsində səhhəti pisləşən həmkarı Hacı Nuran Hüseynovla şəklini paylaşıb.

O, həmin fotoya belə şərh yazıb: "Əziz qardaşım Hacı Nuran, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər. Fotosuz…”

Aytənin bu paylaşımına həmkarı İlhamə Bədəlova etiraz edib və fotoya rəy yazıb:

"Aytən Səfərova, xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər. "Baxıram... sanki əsas şəkil çəkdirməkdir e, sən yox..." sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir!

Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi ilə bağlıdır. Xoşniyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır. Bacı olsaydınız, gələrdiniz. Allah dostumuza şəfa versin”.

Daha sonra Aytənin cavabı İlhaməyə gecikməyib: "Əziz Peyğəmbərimiz belə işləri reklamsız, aləmə car çəkmədən bəyənərdi. Xəstələrin ziyarət edilməsi Peyğəmbər əxlaqındandırsa, bunun aləmə car çəkilməməsi ikiqat Peyğəmbər və imanlı əxlaqındandır”.

"Qafqazinfo”


SON XƏBƏRLƏR