ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Sosial şəbəkələrdə və informasiya resurslarında milli maraqlar necə qorunmalıdır? - Layihə - mia.az
Şriftin ölçüsü / 299 dəfə oxunub

Sosial şəbəkələrdə və informasiya resurslarında milli maraqlar necə qorunmalıdır? - Layihə

25 Iyun 2018 [11:30]

"İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” layihəsinin icrasını həyata keçirir.

Layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçilərinin, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və məlumatlığının artırılmasıdır.

Layihə rəhbəri Xaqani Səfəroğlu layihə haqqında məlumat verərək qeyd edib ki, müasir dövrdə informasiya müharibəsi aparan qlobal səviyyəli mərkəzlərlə yanaşı, konkret coğrafi məkanlarla lokallaşdırılmış "psevdolokal” mərkəzlər mövcuddur. Onlar öz qeyri-qanuni fəaliyyətlərini konkret bir dövlətə yönəltməklə məqədlərinə nail olmağa çalışırlar: "Bu layihə internet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur”.

Layihə çərçivəsində Bakı şəhərində KİV-də çalışan jurnalistlər, daha çox gənclər, populyar Feybuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçiləri üçün 2 dəfə 1 günlük təlim keçiriləcək. Həmçinin jurnalistlər və sosial şəbəkə istifadəçiləri üçün "Feyk xəbərlər və trollar vasitəsilə yayılan informasiyaların təsbit edilməsi üçün Bələdçi” hazırlanacaq.

Layihə çərçivəsində "Azərbaycana qarşı informasiya müharibəsi və mümkün müdafiə tədbirləri” mövzusunda dəyirmi masa müzakirələri keçiriləcək. Dəyirmi masaya Azərbaycan Mətbuat Şurası, KİVDF, aparıcı qəzet, xəbər portalları və saytları, populyar Feybuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçiləri dəvət olunacaq. Müzakirələr nəticəsində hazırlanmış tövsiyyələr müvafiq dövlət qurumlarına təqdim olunacaq.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR