Şriftin ölçüsü / 246 dəfə oxunub

Ərdoğanın qələbəsi türk lirəsini bahalaşdırır – Bazarda dollar ucuzlaşır

25 Iyun 2018 [11:25]
Türkiyədə Prezident seçkisində 52.55% ilə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi xəbərinə bazarlar da reaksiya göstərib.

Həftənin ilk iş günündə dollar/türk  lirəsi məzənnəsi 1,1% düşüb.  Saat 07:52-də məzənnə 4.6240 səviyyəsində olub. Hazırda da lirənin bahalaşması, dolların ucuzlaşması davam edir.

Ötən həftə məzənnə 4.6771 səviyyəsindən bağlanmışdı. Dollar/Avro məzənnəsi də 1,1% düşərək 5,3914 səviyyəsinə geriləyib.

Birja İstanbulun BİST 100 İndeksi ötən həftənin son iş günü 0,84% qalxaraq 95,852 səviyyəsindən bağlanmışdı. Birja açıldıqdan sonra da indeksin yüksələcəyi gölənilir. BIST 100 indeksi Birja İstanbulda ticarət olunan, bazar dəyəri və əməliyyat həcmi ən yüksək 100 şirkətin səhmlərinin ortaq performansının ölçülməsi məqsədilə yaradılmışdır. (marja.az)


SON XƏBƏRLƏR