"Heç nədən qorxmayın, bu "nömrə"ni yenə işə salacaqlar, amma aldanmayın" - İncədən tərəfdarlarına çağırış

img

24-06-2018 [19:04]


CHP-nin prezidentliyı namizədi Muharrem İncə səsvermə bitdikdən dərhal sonra Türkiyə Yüksək Seçim Kurulunun (YSK) qarşısından bəyanat verib.

Mia.az xəbər verir ki, o, tərəfdarlarına YSK qarşısından çağırış edib: "Seçki qutularına sahib çıxın. Bütün müşahidəçilərimizdən, tərəfdarlarımızdan bunu çox xahiş edirəm. Bu seçkini "Anadolu" agentliyi deyil, millət müəyyən edəcək. Nə edirlərsə, etsinlər, biz qazanacağıq, buna şübhəm yoxdur".

CHP namizədi bildirib ki, "Anadolu" bu dəfə də "ənənə"sinə sadiq qalıb, Ərdoğanın ən çox səs qazanacağı dairələrdən başlayaraq, nəticələri yaymağa başlayacaq: "Bununla xalqı aldatmağa, həvəsdən salmağa çalışacaqlar. Bu "nömrə"ni yenidən işə salacaqlaq. Ancaq siz buna aldanmayın, qutuların başından qəti çəkilməyin. Səslər sayıldıqdan və imzalı protokolları aldıqdan sonra YSK önünə toplanın. Bu protokolları almadan oranı tərk etməyin. Biz millətin haqqını qorumaq üçün burdayıq".

İncə vəkillərə də müraciət edib: "Siz də hazır olun, sizə də çox böyük işlər düşə bilər. Heç nədən qorxmayın. Qorxuları üstünüzdən atın".


Digər xəbərlər
SON XƏBƏRLƏR