Şriftin ölçüsü / 405 dəfə oxunub

DÇ-2018: İngiltərə Panamanı darmadağın etdi - Oyunda 7 qol var

24 Iyun 2018 [17:57]
Dünya Çempionatı çərçivəsində  "Nijniy Novqorod” stadionunda İngiltərə və Panama yığmaları qarşılaşıb.

Mia.az bildirir ki, Tunisi 2-1 məğlub edən ingilislər Belçikaya 3-0 uduzmuş Panama millilərini qol yağışına tutublar.

Belə ki, oyunun 8-ci dəqiqəsində Con Stons dəqiq baş zərbəsi ilə İngiltərəni önə çıxardı - 1-0.

Bu qoldan 12 dəqiqə sonra Harri Keyn penalti zərbəsi ilə komandasının ikinci qolunu vurdu - 2-0.

36-cı dəqiqədə Linqard, 40-cı dəqiqədə isə Stones daha bir qol ataraq hesabı 4-0-a çatdırıblar.

Bu qoldan 4 dəqiqə sonra isə Misirli hakim Panamanın qapısına daha bir penalti təyin edib. Keyn penaltini dəqiq yerinə yetirib - 5-0

İlk hissə bu hesabla başa çatıb.

62-ci dəqiqədə Keyn daha bir qola imza atıb - 6-0

Bu qoldan sonra baş məşqçi onu əvəzləyib.

77-ci dəqiqədə Panama bu qollardan birinin əvəzini çıxıb - 6:1

Oyun bu hesabla başa çatıb.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran İngiltərə 1/8-ə çıxıb. Panama isə Tunis kimi xalsız olmaqla yanaşı, bütün şansını itrib.



SON XƏBƏRLƏR