"Seçkiyə kölgə düşürməyin, məmuru olduğunuzu unutmayın" - Kamal Kılıçdaroğlundan ilk bəyanat

img

24-06-2018 [12:59]


Türkiyədə keçirilən seçkidə ailəsi ilə birlikdə səs verən CHP lideri Kamal Kılıçdaroğlu AKP iqtidarına və ölkədəki məmurlara xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hazırda səsvermədə ciddi sıxıntılar olmasa da, şikayətlərin olduğunu deyib: "Hazırda CHP-nin deputatları problem və şikayətləri həll etmək üçün əllərindən gələni edirlər. Bütün dövlət məmurlarına buradan səslənirəm: lütfən, dövlət məmuru olduğunuzu unutmayın. Sizlər dövlətin mənfəəti üçün çalışmaq məcburiyyətindəsiniz".

CHP lideri deyib ki, əsas problemlər Türkiyənin şərqi və cənub-şərqindədir: "Bu bölgələrimizdən şikayətlər var. Seçimin üzərinə kölgə düşməməlidir. Məntəqələrdəki tərəfdarlarımızın vəzifələrini həyata keçirmələri üçün şərait yaradılmalıdır. O zaman heç bir qayğımız da olmaz".

Sonda partiya sədri nahardan sonra mətbuat konfransı keçirəcəklərini bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR