DÇ-2018: 10 nəfərlə oynayan Almaniya son saniyədə xilas oldu - Kross İsveçin ümidlərini qırdı

img

24-06-2018 [00:05]


Rusiyada keçirilən dünya çempionatında günün əsas matçında Almaniya və İsveç üz-üzə gəlib.

Mia.az xəbər verir ki, Almaniyaya mütləq qələbə lazım olduğu oyunda İsveç matçın 32-ci dəqiqəsində Tolvonenin qolu ilə hesabı açıb: 1-0.

Almaniya matçın 48-ci dəqiqəsində Roysun qolu ilə hesabı bərabərləşdirib: 1-1.

Oyunun 80-ci dəqiqəsində Boatenq ikinci sarı kartla meydandan qovularaq, Almaniyanı azlıqda qoyub.

Oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə isə Toni Kross almanları xilas edən möhtəşəm qola imza atıb - 2:1.

Beləliklə, 3 xalını qazanan Almaniya millisi Meksikanın (6 xal) ardınca 2-ci yerdə qərarlaşıb. Son turda isə almanlar Cənubi Koreya ilə qarşılaşmada qələbə qazanacağı təqdirdə, digər oyunun nəticəsindən aslı olmayaraq, 1/8-ə çıxacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR