Şriftin ölçüsü / 298 dəfə oxunub

DÇ-2018: Meksika Koreyanı evinə göndərdi

23 Iyun 2018 [20:53]
DÇ-2018-də bu gün "G” qrupunda Cənubi Koreya və Meksika milliləri qarşılaşıblar.

Mia.az xəbər verir ki, "Rostov Arena” stadionunda keçirilən oyunda Meksika millisi oyunun 24-cü dəqiqəsində penaltidən hesabı açıb. Velanın zərbəsi dəqiq olub - 1:0.

İkinci hissənin 66-cı dəqiqəsində isə Çiçarito ikinci qolu koreyalıların qapısından keçirib - 2:0. 

90+2-ci dəqiqədə isə Cənubi Koreya möhtəşəm qolla fərqi azaldıb - 2:1.

Lakin koeryalıların bundan artığına gücləri yetçməyib və oyun Meksikanın qələbəsi ilə başa çatıb - 2:1

Bununla da Meksika millisi son İsveç oyunundan aslı olmayaraq 1/8-ı vəsiqə qazanıbq. Koreya isə şansını itirib.

Xatırladaq ki, Meksika millisi birinci turda son dünya çempionu Almaniya millisini 1:0 hesabı ilə məğlub edib. Cənubi Koreya yığması isə İsveç komandasına 1:2 hesabı ilə uduzub.




SON XƏBƏRLƏR