23-06-2018 [20:08]
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub.
Bu barədə Mia.az-a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.
Tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, iclasda dünya neft bazarının son vəziyyəti təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, proqnozlar, neftə tələbatı əks etdirən təqdimatlar edilib. OPEC Nazirlər Şurasının 174-cü iclasının qərarını zəruri edən amillər nəzərdən keçirilib, OPEC-lə yanaşı, kartelə üzv olmayan ölkələr tərəfindən də öhdəliklərin 100 faizdən çox icrasının bazarda tələb-təklif tarazlığı üçün risklər yaratdığı qeyd edilib. Bazarda neft ehtiyatlarının azalması vəziyyətində artan tələbatın ödənilməsi üçün OPEC+ nazirlər səviyyəsindəki Monitorinq Komitəsinin Vyana razılaşması çərçivəsində neft hasilatının artırılması təklifinin qeyri-OPEC ölkələri tərəfindən qəbulunun vacibliyi bildirilib.
Görüşün yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən "Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.
Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi üçün OPEC+ formatında həmrəyliyin, hasilatın artırılması tədbirlərinin də davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib: "Neft bazarının neft hasil və ixrac edən ölkələrin maraqlarına uyğun inkişafı prosesinə Azərbaycan bundan sonra da dəstək verməyə hazırdır. İndiyə kimi OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirən Azərbaycan müvafiq tədbirlərlə ölkədə hasilat həcmlərini kvotaya uyğunlaşdırmaqla ümumi prosesə öz töhfəsini verəcəkdir.”
Qeyd edək ki, OPEC+ tədbiri çərçivəsində, dünyada ilk dəfə neftin sənaye üsulu ilə məhz Azərbaycanda çıxarıldığını təsdiqləyən Bibiheybət mədəni ərazisindəki quyunun təsvir olunduğu tablo OPEC-ə təqdim olunub. OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycanı neftin vətəni və dünya neft sənayesinə davamlı töhfələri olan ölkə kimi dəyərləndirib. Quyu barədə məlumat verən energetika naziri Pərviz Şahbazov isə bildirib ki, 1846-cı ildə Bibiheybət yatağında şəkildəki bu quyunun qazılması ilə dünyada sənaye üsullu neft hasilatının əsası qoyulub. Arxiv sənədləri əsasında ilk quyunun yeri dəqiqləşdirilərək bərpa edilib. Nazir Azərbaycanın 200 ilə yaxın tarixə malik neft sənayesinin inkişaf mərhələlərindən, həyata keçirilən layihələrdən danışıb, neft ölkəsi kimi uzunmüddətli inkişafı təmin edəcək yeni tədbirlərdən bəhs edib.
OPEC+ formatında müvafiq tədbirlərindən birinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin təklifi bir daha diqqətə çatdırılaraq, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin təmsilçiləri Bakıya dəvət edilib.
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO