İsveçrə Serbiyanı məğlub etdi - "Beşiktaş"ın hücumçusu qolu kara gəlmədi

img

22-06-2018 [23:52]


Dünya çempionatında E qrupunda 2-ci turun son oyunu keçirilib.

Mia.az xəbər verir ki, bu qrupda Serbiya ilə İsveçrə milliləri qarşılaşıb.

Oyunun 10-cu dəqiqədə Serbiyanın "Beşiktaş"lı hücumçusu Mitroviç hesabı açıb: 1-0.

İsveçrə isə bu qolun əvəzini ikinci hissədə çıxmağı bacarıb. Belə ki, Xaka matçın 52-ci dəqiqəsində İsveçrənin bərabərlik qolunu vurub - 1:1.

Oyunun 89-cı dəqiqəsində İsveçrəli Şakiri əks hücumla qapıçı ilə təkbətək çıxdı və dəqiq zərbə ilə komandasını önə çıxarıdı - 1:2

Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 4 dəqiqədə də hesab dəyişməyib- 1:2.
 
Bu oyundan sonra qrupda Brazilya 4, İsveçrə 4, Serbiya 3, Kosta-Rika isə  xalsızdır.

Növbəti turda Brazilya Serbiya ilə, İsveçrə isə Kosta-Rika ilə qarşılaşacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR