Şriftin ölçüsü / 291 dəfə oxunub

DÇ-2018: Nigeriya 2 qol atdı, video hakim penalti verdi, amma...

22 Iyun 2018 [20:54]
Dünya çempionatında Dqrupunda 2-ci turun bu gün son oyunu baş tutub.

Mia.az bildirir ki, qrupda Argentinanın dünən Xorvatiyaya 3-0 hesabı ilə uduzmasından sonra bu gün gözlər  Nigeriya ilə İslandiya qarşılaşmasına yönəlmişdi.

Oyunda çoxları İslandiyadan qələbə gözləsə də, Afrika təmsilçiləri daha əzmkar və inamlı oyun sərgiləməklə, hesabı açıblar. Əhməd Musa 48-ci dəqiqədə komandasını hesabda önə çıxarıb- 1:0.

Bu qoldan sonra da Nigeriya hücumlarının kəsərini artırıb. Nəhayət, Əhməd Musa 75-ci dəqiqədə hesabı 2:0-a çatdırıb.

79-cu dəqiqədə isə Nigeriyanın qapısı önündə mübahisəli vəziyyət yaranıb. Video hakimin məsləhəti ilə Baş hakim Nigeriyanın qapısına penalti təyin edib .

Lakin Sigurdsson penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsi qapı tirinin üstündən keçib.

Hakim oyunun əsas vaxtına 6 dəqiqə əlavə edib. Lakin bu vaxt ərzində hesabda dəyişiklik olmayıb. 

Beləliklə, Nigeriya qrupda ilk xalını qazanmaqla növbəti tura çıxma şansını gücləndirib.

Onu da qeyd edək ki, növbəti son turda hazırda qrupda bir xalı olan Argentina Nigeriya (3 xal) ilə, Xorvatiya (6 xal) isə İslandiya (1 xal) ilə qarşılaşacaq. Bütün hallarda isə xorvatlar növbəti mərhələyə vəsiqəni təmin ediblər. Qrupdakı digər vəsiqənin sahibi isə son turda müəyyənləşəcək.  


SON XƏBƏRLƏR
12:45 13.07.2018
Şeyx Kralla görüşdü