ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Rus futbolçular dopinqdən istifadə edirlər? – FIFA-ya müraciət - mia.az
Şriftin ölçüsü / 196 dəfə oxunub

Rus futbolçular dopinqdən istifadə edirlər? – FIFA-ya müraciət

22 Iyun 2018 [16:40]
ABŞ Antidopinq Agentliyinin (USADA) prezidenti Trevis Tayqert FIFA-dan futbol üzrə Rusiya millisinin üzvlərinin diqqətli şəkildə dopinq yoxlamalarına tabe tutulmasını istəyib. 

Apasport.az saytının "Telegraph”a istinadən məlumatına görə, Tayqert ali futbol qurumunun Səudiyyə Ərəbistanı (5:0) və Misirlə (3:1) oyunlardan sonra keçirilən dopinq testlərinin detallarını açıqlamamasından narazıdı. 

"Qeyri-adi çıxışlar əlavə testlər tələb edir. Mənim ölkəmdə "qızıl standartlar” var ki, idmançı təkcə eşitməklə yox, həm də mənə inanaraq, təmiz olduğunu öyrənir. Təəssüf ki, Rusiya kimi ölkələrdə belə deyil. Testlər keçirilməli olduqları formada keçirilmirlər. Sınaqları aparan şəxslərin heç adlarını belə bilmirik. Meydanda baş verənlər məsələnin sadəcə bir tərəfidi. Əsas məsələ onların son 6-12 aylıq periodda nə etdikləridi” – deyə, o bildirib.

Tayqertin fikrincə, baş verənlərdə idmançıların heç bir günahı yoxdu: "Təəssüf ki, suallar ortaya çıxır və bu proseslər ilk növbədə oyunçuların özlərinə qarşı ədalətsizlikdi. Bənzər hadisələrin baş verməsinə dözə bilmirəm. Aşkar məsələdi ki, bunlar ölkənin idman rəsmilərinin bacarıqsızlığından irəli gəlir. Bu, oyunçuların günahı deyil”. 

Mayın 22-də FIFA Rusiya millisinin üzvləri ilə bağlı açılan dopinq dosyesini bağlayıb. Araşdırmalar nəticəsində ali futbol qurumu hüquqşunas Riçard MakLarenin sübutlarının yetərsiz olduğunu açıqlamışdı. 

Qeyd edək ki, mundialın açılış matçında Rusiya komanda halında digərlərindən daha çox məsafə qət edib. Bu, dünyanın bir çox önəmli media qurumunda ev sahiblərinin istifadəsi qadağan olunan preparatlardan istifadə etdiyinə dair iddiaların yayılmasına səbəb olub.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR