"Fənərbaxça" Filip Kokunu baş məşqçi gətirdi: "Çox sevincli və həyəcanlıyam"

img

22-06-2018 [15:32]


Məşhur hollandiyalı məşqçi Filip Koku "Fənərbaxça" futbol komandasının yeni baş məşqçisi təyin edilib.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, yeni məşqçi təyinatından böyük sevinc duyduğunu bildirib: "Klubun prezidenti Ali Koş və idman direktorunun mənə anlatdıqları, verdikləri özgüvəndən çox şadam. Çox sevincli və həyəcanlıyam".

Qeyd edək k, "Fənərbaxça" Filip Koku ilə 3 illik müqavilə bağlayıb. 

Koku bundan əvvəl Hollandiyanın PSV klubunun baş məşqçisi olub. O, 5 mövsümdə 3 dəfə Hollandiya çempionluğunu qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR