Şriftin ölçüsü / 246 dəfə oxunub

Qida Təhlükəsizliyi Agentliyi hərəkətə keçdi: idxal olunan ərzaqlar yoxlanılacaq

22 Iyun 2018 [11:18]
Emal olunmuş qida məhsulları Azərbaycana gətirilərkən aparılan ekspertizanın nəticələrinə uyğun sertifikatlaşdırılacaq.

Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbər iMansur Piriyev bildirib.

Onun sözlərinə görə 1 iyul 2018-ci il tarixindən Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılacaq və nəticəyə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı veriləcək.

Sertifikatın verilmə qaydasına gəlincə, M.Piriyev bildirib ki, sahibkarlardan sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb ediləcək.

"Burada əsas məqsəd idxal prosesində iştirak edən qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılması, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsulların ölkəyə idxalının təmin olunması və beləliklə ölkəmizdə sağlam qida mühitinin inkişaf etdirilməsindir”, - deyə agentlik rəsmisi əlavə edib.
report


SON XƏBƏRLƏR