DÇ-2018: Xorvatlar Argentinanı məğlub etdi - Maradona ağladı

img

22-06-2018 [00:05]


Dünya çempionatında bu gün D qrupunda Messili Argentina yığması Xorvatiya ilə üz-üzə gəlib.

Mia.az bildirir ki, oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.

İkinci hissədə isə Xorvatiya hesabı açıb. Ante Rebiç 53-cü dəqiqədə qola imza atıb.

83-cü dəqiqədə isə Modriç ikinci qolu Argentinanın qapısındna vurub.

Oyunun son dəqiqəsində isə Messinin "Barselona"da komanda yoldaşı olan Rakitiç 3-cü qolu Argentinanın qapısından keçirib - 0:3

Onu da qeyd edək ki, oyunu meydandan Argentinanın canlı əfsanəsi Maradona da izləyib. Ölkəsinin məğlubiyyəti Maradonanı göz yaşlarına boğub...

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub