Türk generaldan F-35-lərə etiraz: "Cazibəyə qapılmaq olmaz, Türkiyə ABŞ-dan daha da aslı vəziyyətə düşəcək”

img

21-06-2018 [22:38]


"Türkiyə ABŞ-dan F-35 alsa da, onları idarə edə bilməyəcək".

Bu sözləri təqaüddə olan türkiyəli general Bəyazid Qaradaş deyib.

O bildirib ki, sözügedən qırıcıların alınması ilə Türkiyə Hərbi Hava Qüvvələri ABŞ-dan daha da asılı vəziyyətə düşəcək:

"Bu qərar milli təyyarəmizin istehsalını və modernləşdirilməsinin qarşısını alacaq. Onsuz da hava qüvvələri 90-95 faiz ABŞ-dan asılıdır. Əsas vəzifəmiz bu aslılığı mümkün qədər azaltmaqdır. Beşinci nəsil təyyarə adı ilə bu cazibəyə qapılmaq doğru olmaz”, - deyə Qaradaş bildirib.

Qeyd edək ki, bu gün ilk F-35 təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR