Yeni rəis pambıq sahələrində zəhərlənmə ilə bağlı hərəkətə keçdi

img

21-06-2018 [14:01]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yeni təyin olunmuş rəisi Ələddin Eyvazov pambıq sahələrində çalışan işçilərin kimyəvi maddədən zəhərlənmənin baş verdiyi rayonlara səfər edəcək.

Mia.az xəbər verir ki, bunu xidmətin rəisi Ə.Eyvazov APA-ya bildirib.

Xidmət rəisi bu gündən Tərtər, İmişli və Saatlı rayonlarına səfər edəcək.

"Səfərdə məqsəd zəhərlənmə baş vermiş əkin sahələrində olmaqdır. Dünəndən bitki-mühafizə tədbirləri ilə bağlı göstəriş verilib və artıq rayonlara mütəxəssislərimiz ezam olunub, özüm də gedib hadisə ilə bağlı yerində tanış olmaq istəyirəm”, - deyə Ə.Eyvazov əlavə edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub