DÇ-2018: Ronaldo atdı, Portuqaliya yenə qazandı - Mərakeş isə şansını itirdi

img

20-06-2018 [17:57]


Bu gün Dünya çempionatında B qrupunun ikinci turun oyunu keçirilib.

Mia.az bildirir ki, Portuqaliya yığması İspaniya ilə bərabərlikdən (3-3) sonra Mərakeşlə qarşılaşıb.

Oyunda yeganə qolu 4-cü dəqiqədə Kriştianu Ronaldu vurub - 1:0. 

Bununla da Portuqaliya xalını 4-ə çatdırıb. Xalı olmayan Mərakeş (Bu ölkənin yığması ilk oyunda  İrana 1-0 uduzub) isə növbəti mərhələ şanlarını itirib. 

Qeyd edək ki, qrupun digər oyununda İspaniya və İran yığmaları üz-üzə gələcək. 

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR