Şriftin ölçüsü / 426 dəfə oxunub

Poroşenko Donbasda döyüşən generalı İrəvana göndərdi - Litvin Pyotr Mixayloviç kimdir?

20 Iyun 2018 [17:18]
Ukrayna Prezidenti Pyotr Poroşenko Ermənistana yeni fövqəladə və səlahiyyətli səfir təyin olunması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Litvin Pyotr Mixayloviç Ukraynanın Ermənistandakı diplomatik missiyasının rəhbəri təyin edilib.

Son bir neçə ildə Litvin Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 8-ci Ordu Korpusuna rəhbərlik edib. O, həmçinin Donbasda baş tutan hərbi əməliyyatlarda iştirak edib.

Pyotr Litvinin böyük qardaşı 2008-2012-ci illərdə Ukrayna Ali Radasının spikeri olub. Onun digər qardaşı Nikolay Litvin isə Ukrayna ordusunun generalıdır, 2003-2014-cü illərdə Ukrayna Dövlət Sərhəd Xidmətinə rəhbərlik edib/Axar.az.


SON XƏBƏRLƏR