Şriftin ölçüsü / 259 dəfə oxunub

Türk ordusundan Menbiç əməliyyatı - Zirehli texnika Sacu çayı yaxınlığına yerləşdirilib

20 Iyun 2018 [17:03]
 Türkiyə Silahlı Qüvvələri terrorçu PKK/YPG-PYD-nin işğalı altında olan Suriyanın Münbiç bölgəsinin terrorçulardan təmizlənməsinin ikinci mərhələsinə başlayıb.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, Türkiyə ordusuna aid zirehli texnika "Fərat qalxanı” hərəkatı nəticəsində terrorçulardan təmizlənən Cerablus rayonu ilə Münbiç arasındakı cəbhə xəttini bir-birindən ayıran Sacu çayı yaxınlığına yerləşdirilib.

Türkiyə Silahlı Qüvvələri ABŞ hərbçiləri ilə birlikdə eyni zamanda Suriyanın Dadat rayonu qarşısında patrul xidməti həyata keçirir.

Əhalisinin 90 faizi ərəblərdən ibarət olan Hələb əyalətinin Münbiç rayonu 2016-cı ilin avqustunda ABŞ-ın yardımı ilə terrorçu İŞİD qruplaşmasından təmizlənib. Sonra ora terrorçu PKK/YPG-PYD silahlıları yerləşdirilib.

Türkiyə ilə ABŞ arasında əldə edilən razılığa əsasən, terrorçu PKK qruplaşması bölgədən çıxarılacaq. Əraziyə ABŞ və Türkiyə hərbçiləri birlikdə nəzarət edəcəklər. 


SON XƏBƏRLƏR