Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb

img

20-06-2018 [15:21]


Bu ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 7 294 ədəd avtomobil idxal olunub.

Mia.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4 637 ədəd və ya 2,97 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 37 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



Digər xəbərlər
SON XƏBƏRLƏR