İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini məhkəmədə ifadə verib

img

20-06-2018 [15:14]


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin oğlu, İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Anar Qocayev ifadə verib.

O bildirib ki, təqsirləndirilən R. Hüseynova heç vaxt pul verməyib. Onun sözlərinə görə, R.Hüseynovun məhkəməyə təqdim etdiyi sənədlərdə adının keçməsi barədə məlumatsızdır.

A. Qocayev Novxanıdakı bağ evinin R. Hüseynovun keçmiş ailəsinə məxsus olduğunu bildirib. Proses iyunun 27-də davam etdiriləcək.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin sabiq başçısının oğlu Qoşqar Zeynalovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.


R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR