Şriftin ölçüsü / 370 dəfə oxunub

UEFA Avropa Liqasının püşkü atıldı: "Neftçi", "Qəbələ" və "Keşlə"nin rəqibləri müəyyənləşdi

20 Iyun 2018 [14:37]

Bu gün İsveçrənın Nyon şəhərində UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan kubokunun sahibi "Keşlə" bu mərhələdə "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.

Azərbaycan çempionatının gümüş mükafatçı "Qəbələ" Lüksemburqun "Proqres" (Niderkorn), çempionatı 3-cü yerdə başa vurmuş "Neftçi" isə "Uypeşt" (Macarıstan) klubu ilə üz-üzə gələcək.

"Keşlə" və "Qəbələ" ilk oyununu səfərdə, "Neftçi" isə evdə keçirəcək.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab qarşılaşmaları isə iyulun 19-da keçiriləcək/Trend.



SON XƏBƏRLƏR