"Heç kimdən narazılığımız, incikliyimiz yoxdur" - Şöbə müdiri komitədəki vəzifəsindən getdi

img

20-06-2018 [11:15]


Elşad Miraləm Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə özünün fotosunu paylaşaraq belə yazıb:

"Bu foto 14 il öncə Komitəyə mətbuat katibi təyin olunanda çəkilib. 14 il ərzində bütün gücümüzlə, bacardığımız qədər üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə çalışdıq. Çox çətin, gərgin, nigaran günlərimiz, yuxusuz gecələrimiz oldu. Heç birinə görə peşman deyilik. Təkcə ondan narahatıq ki, valideynlərimizə, ailəmizə və dostlarımıza bizim istədiyimiz, onların arzuladığı qədər vaxt ayıra bilmədik. Anlayışla qarşıladılar, sağ olsunlar.

Bu illər ərzində formalaşmağımızda, təcrübə qazanmağımızda zəhməti keçən, etimad göstərən böyüklərimizə təşəkkür etməyi borc bilirik. Bizə hər zaman doğru yol göstərən, harda olmağımızdan asılı olmayaraq, siyasi təcrübəsinə, məsləhətlərinə və mənəvi dəstəyinə hər zaman ehtiyac duyacağımız Nazim müəllimə (İbrahimova) minnətdaram.

Komitəyə gəlməyimizdə bilavasitə rolu olan, hər ünsiyyətimdə yeni nəsə öyrəndiyimiz Nəriman müəllimə təşəkkürlər.

Dövlət Komitəsində çalışdığım müddət ərzində yaşından və statusundan asılı olmayaraq hər bir əməkdaşın dəstəyini, sevgisini və hörmətini hiss etdim. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.

Media nümayəndələrinə təşəkkür edirəm ki, bu illər ərzində təmənnasız olaraq dəstəklərini əsirgəmədilər, qazandığımız hər bir uğurda onların da əməyi var.

Diasporumuzun hər bir üzvünə ayrı-ayrılıqda təşəkkür edirəm. Onların hər biri fədakar insanlardır. Gündəlik qayğıları ilə yanaşı, doğma Vətən üçün nəsə etməyə çalışdıqlarına və bunu təmənnasız etdiklərinə görə. Heç kimdən narazılığımız, incikliyimiz yoxdur. Hər kəsə uğurlar arzulayıram.

Yoldaşlarımız dəyişsə də yolumuz dəyişməzdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR