DÇ-2018: Hakim 3-cü dəqiqədə müdafiəçini qovdu, yaponlar qələbə qazandı

img

19-06-2018 [17:55]


Bu gün futbol üzrə Dünya Çempionatının növbəti turunun oyunlarına start verilib.

Mia.az bildirir ki, H qrupu çərçivəsində Saranaskın "Mordoviya” stadionunda Kolumbiya yığması Yaponiyanı qəbul edib.

Oyunun 3-cü dəqiqəsində Kolumbiya yığmasının müdafiəçisi Sançez kobud oyuna görə meydandan qovulub. Hakimin təyin etdiyi penaltini isə Yaponiya yığmasının hücumçusu Kaqava dəqiq yerinə yetirib - 0:1.

Oyunun 39-cu dəqiqəsində Qintero cərimə zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1.

Lakin Yaponiya Osakonun 73-cü dəqiqədə vurduğu qolla yenidən önə çıxıb -  1-2.

Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 5 dəqiqə ərzində də oyunda hesab dəyişməyib.

Beləliklə, oyun 2-1 Yaponiya millisinin xeyrinə bitib.

Qrupun digər oyununda Polşa Seneqal yığması ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Saat 22:00-da isə ev sahibi Rusiya ilk görüşdə Uruqvay millisinə minimal hesabla məğlub olan Misir yığmasını qəbul edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR