Şriftin ölçüsü / 457 dəfə oxunub

Ev alan jurnalistlərin qeydiyyat sənədləri niyə gecikir? - AÇIQLAMA

19 Iyun 2018 [17:00]
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ötən il dövlət başçısının sərəncamı ilə mənzil almış jurnalistlərə qeydiyyat sənədlərinin verilməsi prosesinin yubanmasının səbəblərini açıqlayıb.

Mia.az-ın xəbərinə görə, V.Səfərli "Ölkə.Az”a açıqlamasında deyib ki, ötən ilin yayında jurnalistlərin istifadəsinə verilən binanın dövlət aktı olmalıdır:

"Bunun üçün də bütün sənədləri Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmişik. Hələ ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmadığı üçün bu sənədlərin verilməsi yubanır. Gözləyirik ki, icra başçısı təyin ediləndən sonra bu məsələ ilə bağlı müvafiq qərar verilsin. Bundan sonra isə bütün sənədlər hissə-hissə mənzil alan jurnalistlərə təqdim olunacaq. Bunun üçün müəyyən zaman lazımdır. Biz binanın dövlət aktını alan kimi, sakinlərə də sürətini təqdim edəcəyik ki, gedib qeydiyyata düşsünlər”.

V.Səfərli sözügedən sənədlərinin yubanmasına əsas səbəb kimi Bakı şəhər İcra Hakimiyyətinin başçısının təyin edilməməsini göstərib:
"Bakı şəhər İcra Hakimiyyətinin başçısı bununla bağlı müvafiq sərəncam verməlidir. Ancaq hazırda başçı yoxdur. Ona görə də sənədləri təqdim edə bilmirik”.



SON XƏBƏRLƏR