Şriftin ölçüsü / 346 dəfə oxunub

İsrailin sabiq nazirinə “İrana casusluq” ittihamı ilə cinayət işi açıldı: "Məxfi məlumatları Tehrana ötürüb..."

19 Iyun 2018 [14:00]
İsrailin keçmiş energetika nazirinə İrana casusluq ittihamı ilə cinayət işi açılıb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İsrailin Daxili Kəşfiyyat İdarəsi ilə polisi birgə məlumat yayıblar.

Məlumatda bildirilib ki, sabiq nazir Qonen Seqev 1992-1995-ci illərdə vəzifədə olarkən İranın kəşfiyyatı ilə gizli əməkdaşlıq edib: "Seqev İran kəşfiyyatına İsrailin enerji bazarı və təhlükəsizliyi ilə bağlı həssas informasiyalar ötürüb. O, bu məqsədlə müxtəlif vaxtlarda və dünyanın fərqli bölgələrində İran kəşfiyyatı ilə bir araya gələrək, gizli işbirliyini davam etdirib”.

Sabiq nazir isə rəsmi ittihamları rədd edir və İran kəşfiyyatı ilə heç vaxt gizli əməkdaşlıq etmədiyini bildirib.

Xatırladaq ki, Qonen Seqev vəzifəsindən azad edildikdən sonra narkotik qaçaqmalçılığında ittiham edilərək, 10 il həbs cəzasına məhkum edilib. O, azadlığa çıxdıqdan dərhal sonra Nigeriyaya sığınmışdı. Ötən ayın sonunda isə Nigeriyadan Qanaya keçmək istəyərkən saxlanılıraq İsrailə göndərilib.


SON XƏBƏRLƏR