Zaqatala sakini 2 kq-a yaxın marixuana satarkən tutulub - Polis əməliyyatı

img

19-06-2018 [11:47]


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki, o, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən yaxalanıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR