Generalın malikanəsindən tapılanlar: Onlarla maşın, silah-sursat, əsgər payları... -VİDEO

img

18-06-2018 [20:14]


Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağda hərbi cinayətlər törətmiş və xüsusi qəddarlığı ilə ad çıxarmış general Manvel Qriqoryanın malikanəsində aparılmış axtarışa dair videokadrları ictimaiyyətə təqdim edib.

Bir vaxtlar işğal edilmiş Azərbaycan ərazilərini talayan general Manvelin 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağda erməni əsgərlərinə göndərilən ərzaq yardımlarını, o cümlədən Rusiya ermənilərinin göndərdiyi avtomobil texnikasını da talayıb anbarlarına yığıdığı kadrlarda əks olunur.

Bağlamaların içərisindən əsgərlər üçün nəzərdə tutulan mal əti konservləri, qatılaşdırılmış süd, makaron, vermişel, tomat pastası, gigeyena vasitələri və s. çıxıb. Habelə Manvelin anbarlarından Müdafiə Nazirliyinin hazırladığı və satış üçün nəzərdə tutulmayan əsgər payları da tapılıb. Manvelin Arşaluys kəndindəki istirahət məkanından 18 tank əleyhinə mina, onlarla əl qumbarası, on minlərlə pulemyot və avtomat patronu, çoxsaylı qumbaraatanlar və onlara aid sursat, müxtəlif markalı 39 pistolet, snayper tüfəngləri, müxtəlif tipli karabinlər və digər silah-sursat tapılıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR