Türk ordusu Menbiçə girdi: "Ərazidə ortaq reydlər başladı" - FOTO

img

18-06-2018 [16:54]


Türkiyə ilə ABŞ arasındakı ikili razılaşmaya əsasən, bu gün türk ordusunun ilk bölmələri Suriyanın Menbiç bölgəsinə daxil olub.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, türk birlikləri artıq Menbiçin kənar məhəllələrinə girib: "Türk birlikləri bu gündən başlayaraq, Menbiçin mərkəzindən kənar küçələrdə ABŞ əsgərləri ilə birlikdə təhlükəsizliklə bağlı reydlər keçiriblər".

Məlumata görə, yaxın günlərdə Türkiyənin əlavə qüvvələri də Menbiçə gələcək: "Bundan sonra ABŞ-la razılaşmanın şərtlərinə əsasən, bölgədə təhlükəsizliklə bağlı ərazi bölgüsü aparılacaq".



Digər xəbərlər
SON XƏBƏRLƏR