17-06-2018 [21:36]
"Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanı anlamaq olduqca çətindir. Bəzən elə təəssürat yaranır ki, ölkənin Xarici İşlər Nazirliyinin ümumiyyətlə Rusiyaya aidiyyatı yoxdur. Əlbəttə, belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var”.
Mia.az xəbər verir ki, bunu "Trend”ə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov vurğulayıb ki, bilmirəm, bəlkə nə vaxtsa Azərbaycanla, yaxud azərbaycanlılarla bağlı şəxsi müstəvidə xoşagəlməz yaşantısı olub, ya nədir, konkret söz demək çox çətindir. Ancaq departament direktorunun sivil normaları aşdığı göz önündədir:
"Məlumdur ki, bu il iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında "Trend” İnformasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikrini diqqətə çatdırmış və direktor müavindən məsələyə münasibət bildirməyi xahiş etmişdi. A.Kojin isə suala cavabında bildirmişdi ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar konstruktiv deyil. Bununla bağlı konkret video-görüntü var və buna rəğmən sözügedən brifinqin Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş mətnində Ermənistanın baş nazirinin mövqeyinin deyil, «Trend»in müxbirinin qeyri-konstruktiv olduğu önə çəkilib.
O da məlumdur ki, Azərbaycanın media ictimaiyyəti iyunun 5-də məsələ ilə əlaqədar Mariya Zaxarovaya müraciət etmişdi. Görünür, üzərindən on gün keçəndən sonra M.Zaxarova öz müavini Kojinin əlinə-ayağına bulaşdırdığı mövzuya yeni rənglər qatmaq qərarına gəlib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, «Trend» İA-nın müxbiri mətbuat konfransında ümumiyyətlə ağzına su alıb oturmalıymış. Zaxarova XİN-in saytındakı açıq təhrifə görə üzrxahlıq etmək əvəzinə həmin təhrifə bir növ, haqq qazandırır.
Hesab edirəm ki, M.Zaxarova bu açıqlaması ilə nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır. Onun kor inada hesablandığı aşkar görünən mövqeyini anlamaq həqiqətən çox çətindir. Ortada fakt var. Faktın Rusiyanın Xarici İşlər Nazirliyinin saytında təhrif olunmuş formada təqdimatı var. Görünür, Ermənistan kimi forpost daxilində Kojinin məlum cavabına görə qalxan hay-küy Rusiya kimi böyük ölkənin xarici siyasət idarəsinin nüfuzundan daha vacib və üstündür. Zaxarovanın şəxsində Rusiya XİN-in bu duruma düşməsindən bir daha təəssüflənirik.
Görünür, Rusiya XİN-də mövcud olan məsuliyyətsizlik mühitinə ölkənin geniş ictimaiyyətinin diqqətini çəkmək lazımdır. Buna görə biz Azərbaycanın media ictimaiyyəti olaraq məsələ ilə bağlı Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamağı düşünürük. Çalışmalıyıq ki, Azərbaycanlı jurnalistə münasibətdə həyata keçirilən bu biabırçı yanaşma eyni zamanda Rusiya cəmiyyətində geniş müzakirə olunsun”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb