Şriftin ölçüsü / 353 dəfə oxunub

ABŞ-da sərgidə atışma - ölən və yaralananlar var

17 Iyun 2018 [15:41]

Bu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə "Trentonian" qəzeti polisə istinadən məlumat yayıb. Hadisə yerli vaxtla saat 3.00 radələrində 24 saat fəaliyyət göstərən gündəlik sərgidə baş verib. Polis atışma nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib, yaralıların sayının isə dəqiqləşdirildiyini bildirib. Polis leytenantı Darren Zappli deyib ki, 6, yaxud 7 yaralı ola bilər.

Atışmanın səbəbi məlum deyil. Sərgidə atış açdığı ehtimal olunan bir neçə şübhəli var. Hadisə zamanı sərgidə olan polislər cavab atəşi açıblar.

APA




SON XƏBƏRLƏR