17 evdən oğurluq edən şəxs tutulub - Abşeronda

img

16-06-2018 [17:46]


Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub.

DİN-dən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Asif Ağayevin ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən oğurluq etdiyi müəyyənləşib.

A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət və geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR