Argentina - İslandiya qarşılaşması: Aqueronun qoluna cavab 4 dəqiqə çəkdi, Messi penaltini qaçırdı

img

16-06-2018 [18:54]


2018-ci il Dünya Çempionatının D qrupunda bu gün Argentina ilə İslandiya yığmaları qarşılaşıb.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda hesabı Argentina milliləri açıb. Aquero 19-cu dəqiqədə qola imza atıb.

Bu qoldan 4 dəqiqə sonra isə Finnbogason hesaba tarazlıq gətirib - 1:1.

62-ci dəqiqədə Messi penaltini vura bilməyib...

Hakimin oyuna əlavə etdiyi 5 dəqiqə ərzində də yığmalardan heç biri fərqlənə bilməyib. 

Beləliklə, oyun 1-1 hesabı ilə başa çatıb.

Onu da qeyd edək ki, bu gün saat 20:00-da C qrupu üzrə Peru - Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya - Nigeriya arasında oyunlar keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR