16-06-2018 [16:29]
Ağcabədi rayonunun icra başçısının xidməti avtomobili ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Mia.az xəbər verir ki, "AzPolitika”ya daxil olan 04-AA-001 dövlət qeydiyyat nişanlı avtomobilin Baş Dövlət Yol Polisi İdarəsinin radarlarındakı görüntüsü, yumşaq desək, təəccüb doğurur.
Təqdim olunanfotodanda göründüyü kimi, bu avtomobil BMV markalıdır və bütün icra hakimiyyəti başçılarının xidməti maşını kimi,AA-001seriyası daşıyır. Lakin radarlardakı informasiyada avtomobilin markasıBMV yox, VAZ-21214 kimi göstərilir. VAZ-21214 isə hamımızın tanıdığı NİVA-dır. Yəni belə çıxır ki, icra başçısının xidməti maşını BMV olduğu halda, BDYP-nin sistemində NİVA kimi qeydiyyatdan keçirilib. Yaxud da, NİVA markalı avtomobilə aid olan dövlət qediyyat nişanı BMV-yə vurulub ki, bu da inandırıcı görünmür.Çünki bütün AA-001 seriyaları yalnız başçıların xidməti avtomobillərinə aiddir, Agcəbədinin icra başçısının istifadəsinə NİVA avtomobilinin verilməsi isə inandırıcı deyil.Üçüncü variant da odur ki, BDYP-nin radar sistemində texniki səhv var. Ancaq bu da mümkünsüz görünür, ən azı ona görə ki, əldə etdiyimiz məlumata görə, artıq uzun müddətdiricra başçısı Şahin Məmmədovməhz bu avtomobildən istifadə edir və bir icra başçısına aid nəqliyyat vasitəsinin yol polisinin qeydiyat sistemində təsadüfən səhv göstərilməsi inandırıcı deyil.
Bəs başçının avtomobilinin radarlarda NİVA kimi qeyd edilməsinin səbəbi nədir?Bildiyiniz kimi, qanunla AA seriyalı avtomobillər polis və xüsusi dövlət mühafizə xidmətinin müşaiyəti istisna olmaqla, digər hallarda hərəkət iştirakçısı qismində hər hansı xüsusi imtiyaza malik olmurlar.Ancaq təəssüf ki, Azərbaycan reallığında yol polisi əksər hallarda bu seriyadan olan nəqliyyat vasitələrinə "xüsusi” münasibət göstərir. Xüsusilə də həmin seriya hansısa rayonun icra başçısına aiddirsə, yol hərəkəti qaydaları onlar üçün qüvvədən düşmüş olur.Ancaq radarlar YPX əməkdaşlarından fərqli olaraq, AA seriyasının imtiyazlı sahiblərinə bu münasibəti göstərə bilmirlər və qayda pozuntusunu dərhal qeydə alırlar ki, bu da "ağ adamlara” problem yaradır.
Bu səbəbdən vəzifə, qohum-əqrəba, əlaqələr və s. kimi anlayışları tanımayan radar adlı "mərdimazar”dan qurtulmağın müxtəlif yolları axtarılır. Böyük ehtimalla, haqqında söhbət açdığımız bu halda da söhbət qayda pozuntularına görə cəzadan yayınmaq məqsədindən gedə bilər. Çünki belədə qayda pozuntusunun texniki cəhətdən qeydə alınmasında və protokol tərtibində problem yaranır, səhvə yol verilmiş olur.Axı reallıqda 04-AA-001 qeydiyyat nişanlı NİVA avtomobili mövcud deyil. Bəs belədə protokol hara, hansı avtomobilə göndərilir?
Əlbəttə ki, bu xətanın məqsədli şəkildə edildiyini sübut edəcək faktlara malik deyilik və bunu birmənalı iddia etməkdən uzağıq. Ancaq xatırladaq ki, mətbuatda polisin Ağcabədinin icra başçısına xüsusi münasibət göstərməsi və hətta Şahin Məmmədovun evinin qarşısında polis postu qoydurduğu barədə də məlumatlar dərc edilib…
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO