Şriftin ölçüsü / 116 dəfə oxunub

Azərbaycan neftinin qiyməti ucuzlaşdı -2,71 dollar/barel

16 Iyun 2018 [15:25]
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,99 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 2,71 dollar/barel azdır. 

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 15-də 70,73 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,7 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 15-də 72,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,56 dollar/barel azdır.


SON XƏBƏRLƏR
12:45 13.07.2018
Şeyx Kralla görüşdü