DÇ-2018: hakim video-hakimin köməyi ilə penalti təyin etdi - Fransa Avstraliyaya qalib gəldi

img

16-06-2018 [15:51]


Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün C qrupunda yer alan Fransa yığması ilə Avstraliya yığması ilə Kazanda qarşılaşıblar.

Mia.az xəbər verir ki, 54-cü dəqiqəyə qədər yığmalar qarşılıqlı hücumlar etsələr də, hesabı aça bilməyiblər. Lakin 54-cü dəqiqədə Avstraliyanın qapısı önündə Qrizmanın yıxılması ilə bağlı mübahisəli vəziyyət yaranıb. Hakim video-hakimin məsləhəti ilə davam edən oyunu saxlayıb, təkrar videoya baxdıqdan sonra penalti qərarı verib.

58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qrizman hesabı açıb - 1:0.

Bu qoldan 3 dəqiqə sonra isə hakim Fransanın qapısına penalti təyin edib.

62-ci dəqiqədə Yedinak hesaba tarazlıq gətirib - 1:1

81-ci dəqiqədə isə Poqba möhtəşəm qola imza ataraq Fransanı önə çıxarıb - 2:1.

Qalan 9 və hakimin oyuna əlavə etdiyi 5 dəqiqə ərzində Avstraliya təzyiqi artırsa da, hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, Fransa oyundan 2-1 qalib ayrılıb.

Onu da qeyd edək ki, bu gün saat 17:00-da D qrupu üzrə Argentina - İslandiya, saat 20:00-da C qrupu üzrə Peru - Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya - Nigeriya arasında oyunlar keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR