ATV ilə "Maşın şou" arasında qalmaqal? - Saxtakarlıq ittihamı (VİDEO)

img

16-06-2018 [14:20]


ATV kanalında yayımlanan "Xanımlar və cənablar 2” devizi ilə start götürən "Maşın” realiti şousunun final gecəsi keçirilib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, final gecəsinə şounun iştirakçıları arasında olan ATV kanalının 4 aparıcısıİlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, Günel Hümbətovaqatılmayıb.

Aparıcı İlhamə Bədəlova, Aytən Səfərova, Günel Hümbətova iştirakçılara etiraz əlaməti olaraq "Maşın” realiti şouya qatılmadıqları məlum olub.

Amma "Maşın” realiti şounun ümumi saxtakarlıqda ittiham edən aparıcı Mətanət Əliverdiyeva bu dəfə layihənin rəhbəri Murad Dadaşov tərəfindən final gecəsinə dəvət edilmədiyi barədə məlumatlar dolaşır.

Mətanət Əliverdiyeva ATV kanalında aparıcı Yusifin təqdimatı ilə yayımlanan "10-dan sonra” verilişində "Maşın” şouyla bağlı gözlənilməz açıqlama verib.

O bildirib ki, "Maşın” şou saxta bir oyundur: ""Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan olmuşam”.

Mətanətin verilişdə səsləndirdiyi ifadələr dərhal ATV kanalının rəsmi sayıtında yerləşdirildi. Amma üzərindən bir gün keçdikdən sonra verilişin görüntüləri ATV.az sayıtının rəsmi YouTube səhfəsindən yığışdırılıb.

Xatırladaq ki, M.Əliverdiyeva "Maşın” şouda az səs toplayaraq maşının ətrafından kənarlaşıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR