Ermənilərin yaraladığı qadın evə buraxıldı - Açıqlama

img

16-06-2018 [11:15]


Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Qaxaz rayon sakini Güləna Ağamalıyeva evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə azvision-a Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti yaxşıdır.

"Dünən yaralı qadın daxil olan kimi ona ilkin yardım göstərilib. Vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb".

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Qazax rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Dinc sakin təmas xəttinə yaxın ərazidə quzu otararkən ermənilərin atəşinə məruz qalıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR