ABŞ prezidenti Avropa Komissiyasının rəhbərinə də "ilişdi": "Jan-Klod Yunker, sən amansız qatilsən"

img

16-06-2018 [10:45]


ABŞ prezidenti Donald Tramp "Böyük səkkizlik” sammiti zamanı özünü kobud aparıb və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri "amansız qatil” adlandırıb.

Bu barədə”The Wall Street Journal” nəşri yazıb.

KİV-in məlumatına görə, Tramp Yunkeri ona görə belə adlandırıb ki, Brüssel Amerikanın texnologiya şirkətlərinə qarşı cərimələr tətbiq edib. Amerika lideri həmçinin Avropa Komissiyası olmadan birbaşa Almaniya və Fransa ilə ticarət danışıqları aparmağın mümkünsüzlüyündən narazılıq edib.

Nəşr yazır ki, G7-nin digər liderləri Trampın hərəkətlərindən və məhsul idxalı tarifləri, immiqrasiya, terrorçuluqla mübarizə və ətraf mühit məsələləri ilə bağlı "aşkar şeylər”i qəbul etməməsindən məyus olublar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub