Tramp Fransa və Yaponiya liderlərinə replikalar atıb: "Sən isə tezliklə vəzifəndən gedəcəksən..."

img

16-06-2018 [09:02]


Amerika lideri Donald Tramp "Böyük yeddilik" sammitində Fransa prezidenti Emmanuel Makron ilə görüş zamanı bildirib ki, "bütün terrorçular Parisdədirlər".

"Report” xəbər verir ki, bu barədə rəsmi diplomatik mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, İran və terrorçuluqla bağlı vəziyət barədə müzakirələr zamanı Tramp Makrona xitabən deyib:
"Sən bunu bilməlisən, Emmanuel, çünki bütün terrorçular Parisdədirlər".

Tramp həmçinin Yaponiyanın baş naziri Sindzo Abe ilə söhbəti zamanı immiqrasiya prosesini Avropa üçün böyük təhlükə adlandırıb: "Sindzo, sənin belə bir problemin yoxdur, lakin mən sənə 25 milyon meksikalı göndərə bilərəm, sən isə tezliklə vəzifəndən gedəcəksən".

Digər xəbərlər
SON XƏBƏRLƏR