Şriftin ölçüsü / 438 dəfə oxunub

DÇ-2018: İran son anda qələbə qazandı, Misir uduzdu, İspaniya isə Portuqaliya ilə bərabərə qaldı

15 Iyun 2018 [23:54]

Bu gün DÇ-2018-də B qrupunda İran millisi  Mərakeş yığması ilə qarşılaşıb.

Mia.az  xəbər verir ki, Sankt-Peterburqun eyniadlı stadionunda keçirilən görüş 1:0 hesabı ilə iranlıların xeyrinə başa çatıb.

Oyundakı yeganə qol 90+5-ci dəqiqədə Əziz Buhadduzun avtoqolu olub.

Onu da qeyd edək ki, A qrupunda Misir Uruqvaya 90-cı dəqiqədə vurulan qolla uduzub - 0:1  

Bu gün son oyunda isə Portuqaliya millisi İspaniya yığması ilə qarşılaşıb. Oyunda Ronaldu 4-cü dəqiqədə hesabı açıb. Koşta isə 24-cü dəqiqədə bərabərliyi təmin edib.

43-cü dəqiqədə Ronaldu ispanları növbəti dəfə cəzalandırıb - 2:1

55-ci dəqiqədə Koşta növbəti dəfə hesaba tarazlıq gətirib - 2:2

58-ci dəqiqədə isə ispanlar daha bir qol vurublar - 3:2

88-ci dəqiqədə Ronaldu ispanları növbəti dəfə cəzalandırıb - 3:3

Oyun bu hesabla bitib.

 



SON XƏBƏRLƏR