Şriftin ölçüsü / 311 dəfə oxunub

Spirtli içki və siqaret idxalına tətbiq edilən vergi güzəşti azaldılır - 2 və 3 dəfə

15 Iyun 2018 [13:23]
Azərbaycanda idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır. 

"Report” xəbər verir ki, bu, "Vergi Məcəlləsi”nə edilməsi təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlumata görə, Vergilər Məcəlləsinin 188.1.1-ci maddəsinə dəyişiklik edib. Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

Bundan əlavə, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,08 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyənləşib.


SON XƏBƏRLƏR