Bakı səmasında hərbi təyyarə və helikopterlər... - Parada hazırlıq

img

15-06-2018 [10:37]


Azərbaycan ordusunun paradına hazırlıq çərçivəsində növbəti məşq keçirilir. 

"Report” xəbər verir ki, hərbi təyyarə və helikopterlər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq çərçivəsində Bakı şəhəri üzərində növbəti uçuşlar keçirirlər.

Hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portreti olan bayraq daşıyıblar. Helikopterlər, əsasən, paradın keçiriləcəyi "Azadlıq" meydanı üzərindən keçiblər.

Müdafiə Nazirliyindən "Report"a bildiriblər ki, Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə uçuşlar keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR