Ərdoğan silahdaşlarına hücum edən HDP-liləri hədələdi: "Layiqli cəzalarını alacaqlar"

img

14-06-2018 [23:37]


Türkiyə prezidenti Ərdoğan bu gün Şanlıurfanın Suruç bölgəsində HDP-çilərlə çıxan davada 3 AKP-çinin öldürülməsi, 9-nun yaralanmasına sərt reaksiya verib.

Mia.az TRT-yə istinadən bildirir ki, o, silahlı hücum nəticəsində AKP-nin Şanlıurfadan seçilmiş deputatı İbrahim Xəlil Yıldızın qardaşı Mehmet Ali Yıldız və digər 2 nəfərin öldürülməsində PKK terror təşkilatını günahlandırıb: "Sunuçdakı qanlı hadisəni PKK törədib. Millət vəkilimizin qardaşı və digər iki nəfəri öldürən PKK-dır. Onlar PKK-lılar tərəfindən qətlə yetirilib".

Prezident bildirib ki, hadisəni törədənlər layiqli cəzalarını alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR