Deputatın 1 qardaşının öldürülməsi, 4-nün yaralanmasına rəsmi reaksiya: "Hamısı cəzalandırılacaq”

img

14-06-2018 [22:41]


Xəbər verdiyimiz kimi, Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda HDP-lilər Ərdoğanın lideri olduğu AKP üzvlərinə silahlı hücum edib.

Hadisə nəticəsində aralarında Şanlıurfadan AKP-nin deputatı seçilmiş və hazırda da namizəd olan İbrahim Xəlil Yıldızın qardaşı başda olmaqla 3 nəfər öldürülüb, 8 (bəzi iddilara görə 9) nəfər isə yaralanıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisəyə hökumət tərəfindən operativ reaksiyalar verilib.

Ailə və sosial siyasət naziri  Fatma Betül Sayan Kaya açıqlama verərək, deyib ki,  az əvvəl deputat İbrahim Xəlilə zəng edib: "Ona zəng etdim, başsağlığı verdim. Dedi ki, 4 qardaşı da ağır yaralıdırlar”.

Səhiyyə naziri Əhməd Demircan isə deyib ki, yaralılarla bağlı bölgəyə helikopter göndərib: "Yaralılar var. İlk müdaxilə edilib. Bölgədə sağlıq helikopterinə ehtiyac vardı, göndərdik”.

Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın isə hadisəni şiddətlə qınadıqlarını deyib: "Bu hadisəni şiddətlə qınayırıq. Hadisə dərindən araşdırılacaq, təqsirkarlar ədalət önünə çıxarılacaqlar, hamısı cəzalandırılacaqlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR