DÇ-2018: Rusiya Səudiyyəyə 5-ci qolu da vurdu, Putin şahzadəyə jest etdi - VİDEO

img

14-06-2018 [20:55]


Bu gün DÇ-2018-də ilk oyunda Rusiya millisi ilə Səudiyyə Ərəbistanı ilə qarşılaşır.

Mia.az bildirir ki, 78 mindən çox azarkeşin izlədiyi oyunun 12-ci dəqiqəsində Rusiya millisinin oyunçusu Qazinski baş zərbəsi ilə hesabı açıb: 1 - 0.

Qeyd edək ki, bu qol vurularkən matçı canlı izləyən Putin Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Əl Səudə jest edərək, onun əlini sıxıb.

42-ci dəqiqədə isə Çereşev ikinci qolu ərəblərin qapısından keçirib.

70-ci dəqiqədə isə Dzyuba 3-cü qolu vurub.

90-cə dəqiqədə ruslar daha bir qol vurublar - 4:0

Bu qoldan 3 dəqiqə sonra isə ruslar daha bir qol vurublar - 5-0

Belələklə, oyun bu hesabla başa çatıb.

Onu da qeyd edək ki, son qoldan sonra Putin növbəti dəfə Səudiyyə kralının varisinə əli ilə "neyləmək olar?" görüntüsü verən jest də edib. Şahzadə isə qəmgin halda başı ilə razılıq edib.







Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR